Bazar günü axşam və avqustun 8-i səhər Londonda baş vermiş qarşıdurma zamanı 100 nəfərədək şəhər sakini həbs edilmişdir. Məlumat London polisinin saytında yerləşdirilmişdir. Daha bir sutka əvvəl həbs edilənləri də nəzərə alsaq, saxlanılanların ümumi sayı 160 nəfəri keçmişdir. Polis nümayişçiləri dağıdarkən 35 nəfər hüquq-mühafizə orqanı əməkdaşı bədən xəsarəti almışdır. Onların 9 nəfəri avqustun 8-nə keçən gecə yaralanmışdır. Qanun pozuntusunda Londonun müxtəlif hissələrində gənclərin xırda qrupları fəal iştirak etmişdir. "BBC Nyus"un məlumatına görə, şəhərin mərkəzi Brikston bölgəsinə yığışan qruplaşmalardan birinin 200-dək üzvü olmuşdur. İnsident, həm də Londonun şimal, şərq və cənub hissələrində də müşahidə edilmişdir. Diqqəti çəkən başlıca cəhət mağazaların qarət edilməsi və nəzərəçarpan hər bir şeyin yandırılması olmuşdur.
Londonda qanun pozuntusu ötən həftənin cümə axşamı şəhərin şimal hissəsi olan Tottenhemdə başlanmışdır. Qaradərili şəhər sakini Mark Daqqan nümayişlər dağıdılarkən polis əməkdaşları tərəfindən güllələndiyi üçün əhali dinc etiraz aksiyası keçirirdi. Bir müddət sonra qarşıdurma idarəolunmaz hal almağa başlamışdı. Bazar günü talanlar şimal qonşu bölgəsi olan Enfildə keçmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...