PDF Oxu

Dünya

  • 994

Səudiyyə Ərəbistanı Suriyadakı səfirini geri çağıracaq

Səudiyyə Ərəbistanı Suriyadakı səfirini geri çağıracaq

"Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Abdel Əzizin verdiyi məlumata görə, ölkənin Suriyadakı səfiri tezliklə məsləhətləşmə məqsədilə geri çağırılacaqdır. Telekanalın şərhinə görə, Səudiyyə Ərəbistanı hökumət qoşunlarının əhaliyə divan tutmasına mənfi münasibət göstərir və tələb edir ki, "qan axıdılması" dayandırılsın. Kral Abdulla Suriya hökumətini "müdrikcəsinə düşünməyə" və nə qədər ki, gec deyil, ölkədə islahatlar keçirməyə çağırır. Avqustun 7-də səhər Suriya prezidenti Bəşər Əsədə sədaqətli olanlar ölkənin mərkəzi və şərq hissələrində bir neçə hərbi əməliyyat keçirmişlər. Başlıca zərbə hazırda müxalifətçilərin cəmləşmiş olduqları Deyr əz-Zor şəhərinə endirilmişdir. Məlumata görə, ölənlərin ümumi sayı 50 nəfərə çatır. Hücumdan əvvəl Ərəb Ölkələri Liqası təşkilat ölkələrinin Suriyadakı vəziyyətə diqqətlə yanaşmalarını və Bəşər Əsədi zorakılığa son qoymağa çağırmışdır.

Suriyada hökumət əleyhinə nümayişlər 2011-ci ilin mart ayının axırlarından başlanmışdır. O vaxtdan etibarən həlak olan dinc əhalinin sayı 1500 nəfər keçmişdir.

Digər xəbərlər