PDF Oxu

Dünya

  • 1 166

BƏƏ 6 Qırğızıstan vətəndaşını deportasiya edib

BƏƏ 6 Qırğızıstan vətəndaşını deportasiya edib

"24.kq" Qırğızıstan informasiya agentliyinin yaydığı məlumata görə, Birləşmiş Ərəb Əmirliklərindən Qırğızıstanın 6 vətəndaşı deportasiya edilmişdir. Agentliyin məlumatına görə, söhbət Əbu-Dabidə həbs edilmiş cinaətkar qrupun üzvü, "qanuni oğru" Kamçibek Kolbayevdən gedir. Həmin şəxs BƏƏ və Qırğızıstanın hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdir. Onların 6-sı da avqustun 9-da Qırğızıstana gətirilmişdir. Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi onların bir nəfərinin beynəlxalq axtarışda olduğunu bəyan etmiş və hər hansı bir əlavə şərh verməkdən imtina etmişdir.

Kamçibek Kolbayev respublikanın kriminal avtoritetləri arasında nüfuzlu bir şəxs kimi tanınmaqdadır. Ölkənin hüquq-mühafizə orqanları 2011-ci ilin əvvəllərində onun axtarışını elan etmişdilər. Əvvəllər onun kriminal avtoritet Rıspek Akmatbayevin qətli ilə əlaqədar axtarışını elan edirdilər. Sonralar məlum olmuşdur ki, "qanuni oğru" xaricə qaçıb. Bundan sonra onu İnterpol vasitəsilə axtarmağa başlamışlar.

İyul ayında məlum olmuşdur ki, Almanbek Anapiyayevin yaxın həmkarı olan K.Kolbayev BƏƏ-də həbs edilmişdir. Qırğızıstan Respublikası hazırda həmin şəxsin ekstradisiya edilməsi ilə ümumi razılıq əldə edə bilmir. Həmin şəxsin Müstəqil Dövlətlər Birliyinin ölkələrindən birinə köçürülməsindən sonra K.Kolbayevi Qırğızıstana ekstradisiya etmək mümkün olacaqdır.

Digər xəbərlər