"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, London və Brinmenhemdə baş vermiş qanun pozuntusu bir çox ingilis şəhərlərinə keçmişdir. Bunlar arasında Liverpul, Mançester və Bristol başlıca yer tutmaqdadır.
Yerli polisin məlumatına görə, Liverpulda 200 nəfərədək maskalı gənc qanundan kənar əməllərə yol verib və küçələrdəki avtomobilləri yandırırlar. Bristolda qanun pozuntusu törədənlərin 150 nəfərə yaxın olduğu bildirilir. Mançesterdə də nümayişə çıxanların avtomobilləri yandırdıqları haqda məlumatlar verilir. Agentliyin məlumatına görə, Skotland-Yard nümayəndələri London qanun pozuntusunda həbs edilənlərin sayının 225 nəfərə çatdığını bildirmişlər. Daha 100 nəfərə yaxın gənc Birmenhemdə həbs edilmişdir. London polisi 334 nəfər şübhəli şəxsin həbs edildiyini bildirir. Londonun Kroydon bölgəsində polis odlu silah vasitəsilə yaralanmış bir gənci ağır vəziyyətdə xəstəxanaya yerləşdirmişdir.
Avqustun 9-da polis əməkdaşları London küçələrinə əlavə 1700 nəfər polis çıxarmışdır. Londonda qanun pozuntusu avqustun 6-da axşam radələrində Tottenhem bölgəsində başlanmışdır. Həmin gün bir zənci gəncin öldürülməsi hadisələrin gərginliyini daha da artırmışdır. Avqustun 7-də və 8-də qanun pozuntusu Londonun başqa bölgələrinə keçmişdir. Küçələrə axşan gənclər mağaza və evlərin vitrinlərini sındırmış, küçələrdəki avtomobilləri yandırmış, qətllər və qarətlər törətmişdir. Avqustun 8-də axşam analoji hadisələr Brinhemdə baş vermişdir.
Hazırda məzuniyyətdə olan Böyük Britaniyanın baş naziri Devid Kemero və London meri Baris Conson tezliklə vətənə qayıdacaqlarını bəyan etmişlər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...