"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 11-də səhər radələrində Pakistanın şimal-qərbində yerləşən Pişəvər şəhərində baş vermiş terror aktı nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Polis əməkdaşlarını daşıyan avtobusun içərisinə bərkidilmiş partlayıcı qurğu avtobus hərəkətdə olarkən işə düşmüşdür. Regionun hüquq-mühafizə orqanının yüksək vəzifəli əməkdaşının agentliyə verdiyi məlumata görə, həlak olanların 4 nəfəri polis, 1 nəfəri isə körpə uşaq olmuşdur. Uşaq, sadəcə olaraq, avtobus partlayarkən hadisə yeri yaxınlığında olmuşdur. Onun dediyinə görə, partlayışdan sonra 18 nəfər polis əməkdaşı da yaralanmışdır. Pişəvər terror aktının məsuliyyətini, hələlik, Pakistanda fəaliyyətdə olan heç bir ekstremist qrup öz üzərinə götürməmişdir. "BBC Nyus"un qeydinə görə, may ayının əvvəllərinə "Əl-Qaida" lideri Üsamə bin Laden öldürüldükdən sonra Pakistanın polis əməkdaşlarına qarşı hücumların sayı artmağa başlamışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...