"CNN" telekanalının avqustun 11-də yaydığı məlumata görə, Suriya hökumətinə məxsus zirehli texnika Hama şəhərinin mərkəzi hissəsindən çıxarılmışdır. Suriyanın "SANA" dövlət informasiya agentliyinin məlumatına görə, "şəhərin təhlükəsizliyinin, sabitliyinin bərpa olunması yönündə aparılan hərbi əməliyyatalar başa çatmışdır." Suriya Müdafiə Nazirliyi nümayəndələrinin dediklərinə görə, Hamada hərbi əməliyyat keçirən hərbi hissələr daimi dislokasiya yerlərinə çəkilmişlər. Suriyanın hüquq-müdafiə təşkilatlarının "CNN" agentliyinə verdikləri məlumata görə, zirehli texnika Hamanın mərkəzi hissəsindən kənarlarına çəkilmişdir.
Zirehli texnika Hamanın mərkəzinə iyulun 31-də yeridilmişdir. Həmin vaxt şəhərin mərkəzində kütləvi etiraz aksiyaları keçirən nümayişçilər Bəşər Əsədin postundan istefa verməyini tələb edirdilər. Ordu hissələri hələ iyulun əvvəllərində şəhərə yaxınlaşsalar da, onun mərkəzi hissəsinə hücum etməmişdilər. Suriya hüquq müdafiəçilərinin məlumatına görə, avqustun əvvəllərindən Hamada keçirilən hərbi əməliyyatlarda 200 nəfərdən çox adam həlak olmuşdur. Xatırladırıq ki, 1982-ci ildə Hamada Hafiz Əsəd rejimi əleyhinə üsyan qalxmışdır. O vaxt öldürülənlərin ümumi sayı 20 nəfərə yaxın olmuşdur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...