"Röyters-Lpsos"un keçirdiyi rəy sorğusunun nəticələrinə görə, amerikalıların əksəriyyəti təmsilçisi olduqları ölkənin "yanlış istiqamətə doğru getdiyini" bildirirlər. Rəyi soruşulan respondentlərin 73 faizi ölkədəki vəziyyətdən narazı olduqlarını bildiriblər. Rəyi soruşulanların təxminən yarısı ABŞ-ın gələcəyinin bədbin olduğunu bildirir. Onların fikrincə, "ABŞ-ın iqtisadi vəziyyətinin pisləşməsi dövrləri hələ qabaqdadır".
Avqustun 4-dən 8-dək sorğu keçirən "Lpsos" ekspertlərinin fikrincə, amerikalıların artmaqda olan narazılıqları ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlıdır. Ekspertlər qeyd edirlər ki, avqustun əvvəllərində ABŞ texniki defolt həddinə çatmışdır və Konqres, Respublikaçılar Partiyası və prezident administrasiyası uzun müddət ərzində dövlət borcları limitinin artırılması haqda ümumi razılığa gələ bilmədilər. Düzdür, bir müddət sonra texniki defoltdan qaçmaq imkanı əldə edildi. Ancaq avqustun 5-də "Standard və Poor’s" agentliyi ilk dəfə olaraq, ölkənin ən yeni tarixində ABŞ kredit reytinqini aşağı saldı. Reytinqin aşağı salınmasından dərhal sonra avqustun 8-də Amerika birjaları kotirovkalarının (qiymət təyini hallarının) süqutu baş verdi. "Röyters"in məlumatına görə, ölkədə iqtisadiyyatın vəziyyəti ABŞ prezidenti Barak Obamanın reytinqinə də mənfi təsir göstərdi. Bu reytinq avqustda 49 faizdən 45 fazə endi. B.Obamanın xələfi kiçik Corc Buşun reytinqi onun birinci prezidentliyi dövründə 46 faizdən aşağı enməmişdi. Xatırladırıq ki, B.Obamanın birinci prezidentliyinin müddəti 2013-cü ilin əvvəllərində başa çatır. 2012-ci ilin noyabrında ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində B.Obama ikinci müddətə seçilməyə cəhd edəcəkdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...