"Röyters" informasiya agentliyinin yerli hakimiyyət dairələrinə əsaslanaraq, yaydığı məlumata görə, İraqın Əl-Küt şəhərində baş vermiş iki terror aktı nəticəsində 34 nəfər həlak olmuşdur. Son məlumatlara görə isə, ölənlərin sayı 64 nəfərdir. Hadisə yerində olmuş "Frans Press"in məlumatına görə yerli vaxtla saat 8.00-da baş vermiş terror aktı nəticəsində olduqca çox insan həlak olmuşdur.
Yerli polisin məlumatına görə, əvvəlcə şəhər meydanına basdırılmış partlayıcı qurğu işə düşmüşdür. Hadisədən dərhal sonra güc strukturları həmin yerə yaxınlaşarkən, avtomobilə bərkidilmiş ikinci partlayıcı qurğu işə salınmışdır.
Bağdadın şimalında yerləşən Baakuba şəhərində naməlum şəxslər 4 hərbi qulluqçunu güllələmişlər. Baş vermiş iki partlayış nəticəsində 14 nəfər həlak olmuşdur. Regional hakimiyyət dairələrinin ofislərindəki əməkdaşlar hadisə yerindən uzaqlaşdırılmışlar. Tikrit şəhərində iki kamikadzenin hücumu nəticəsində 3 polis əməkdaşı həlak olmuş, 7 nəfər yaralanmışdır. Kərkük şəhərində baş vermiş terror aktı nəticəsində 1 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
İyul ayında İraqda terror aktı qurbanlarının ümumi sayı 259 nəfərə çatmışdır. Avqustun 3-də İraq rəhbərliyi ABŞ-dan hərbi kontingentin ölkə ərazisində qalmasını xahiş etmək haqda qərar qəbul etmişdir. 2008-ci il razılaşmasına, əsasən isə, İraq ərazisində qalmış 47 min ABŞ hərbi qulluqçusu 2011-ci ilin axırlarınadək ölkə ərazisini tərk etməlidir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...