PDF Oxu

Dünya

  • 1 115

London polisi talançıların işi ilə əlaqədar məhkəmələri yükləyib

London polisi talançıların işi ilə əlaqədar məhkəmələri yükləyib

"Tayms" qəzetinin yazdığına görə, London məhkəmələri Böyük Britaniya paytaxtında talançılıqda ittiham edilmiş çoxsaylı cinayət işlərinin öhdəsindən gələ bilmirlər. Nəşrin məlumatına görə, talançılıqla məşğul olanların sayı o qədər çoxdur ki, onların hamısına order verib çatdırmaq uzun vaxt aparır. London polisi qanun pozuntularında həddən çox talançının iştirak etdiyini müəyyən etmişdir.

Skotlent-Yard nümayəndəsi Tim Qodinin dediyinə görə, polis 3 min nəfərdən çox adamın talanlarda iştirak etdiyini müəyyən etmişdir. Bu rəqəmi dəqiqləşdirmək məqsədilə küçələri müşahidə edən kameraların məlumatlarından istifadə edilir. London məhkəmə xidmətinin məlumatına görə, polis gecə-gündüz işləməkdə davam edir. Məhkəmələr isə adi iş qrafikləri üzrə işləyirlər. Bu səbəbdən də təqdim olunmuş işlərə vaxtında baxa bilmir və tez-tez kobud səhvlərə yol verirlər.

Avqustun 14-dək London talanlarında iştirak edərək həbs edilənlərin ümumi sayı 1400 nəfəri aşmışdır. Onların 800 nəfərinə qarşı ittiham irəli sürülmüşdür.

Böyük Britaniyada talanlar avqustun 7-də Londonun Tottenhem bölgəsində bir yerli gəncin öldürülməsindən sonra başlanmışdır. Talanlar tezliklə Birmenhem, Bristol, Mançester və eləcə də, digər iri şəhərlərə keçmişdir.

Digər xəbərlər