ABŞ prezidenti Barak Obamanın reytinqi tarixi minimum həddinə enib. Avqustun 14-də "Gallup" təhqiqatlar kompaniyasının məlumatına əsasən, prezidentin işinə narazılıq edənlərin miqdarı rekord 54 faizə çatmışdır. Rəyi soruşulanların 39 faizi ABŞ prezidentinin fəaliyyətindən razı qaldığını bildirir. Ölkə vətəndaşlarının Ağ Ev rəhbərindən razı və narazı qalmaları xüsusi layihə dairəsində gündəlik rejimlə izlənilir.
Prezidentin reytinqinin kəskin surətdə aşağı düşməsi ölkənin pis iqtisadi vəziyyəti ilə əlaqədardır. "Fox News"un məlumatına görə, respublikaçıların B.Obamanı tənqid etmələrindən sonra bu reytinq sürətlə aşağı düşməyə başlamışdır. ABŞ-da iqtisadiyyatın tənəzzülü dünya bazar fondlarının səviyyəsi ilə müşayiət etmişdir. Yaxın günlərdə respublikaçılarla demokratlar arasında dövlət borclarının maksimal tavan səviyyəsi ilə əlaqədar gedən mübahisə ölkədə siyasi konflikti daha da dərinləşdirmişdir. Uzun müddət razılığa gəlməyən tərəflər, nəhayət, texniki defoltdan qaçmağa nail olmuşlar.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...