PDF Oxu

Dünya

  • 1 051

Almaniyada dövləti aldadan biznesmenlərin məhkəmə prosesi başlanıb

Almaniyada dövləti aldadan biznesmenlərin məhkəmə prosesi başlanıb

"Local" qəzetinin yazdığına görə, Frankfurt şəhərində əvvəllər vergi ödəməkdən imtina etdiklərinə görə, ittiham olunan 6 sahibkar ədalət məhkəməsi önünə çıxarılmışdır. İstintaqın məlumatına görə, Almaniya, Böyük Britaniya və Fransanın vətəndaşları olan müttəhimlər "vergi karuseli" adlanan bir struktur yaratmışdılar. Bu kompaniya xarici ölkələrdən karbon qazı tullantıları alır, onu ölkənin daxilindəki təşkilatlara satır, ancaq əldə edilmiş puldan vergi ödənişi etmirdilər. Zəncir həlqəsindəki son bu cür hadisə kompaniyanın yenidən xaricə kvota satarkən əldə olunmuş puldan vergi ödənci ödəməməsi olmuşdur.

Dövlətə dəyən zərər 230 milyon avro məbləğindədir. Bu cür məhkəmə prosesi Almaniya tarixində ilk dəfədir ki, aparılır. "Vergi karuseli" adlanan strukturda vergi ödəməyən şübhəlilərin sayı 160 nəfərdən artıqdır. Müttəhimlərin günahlarının sübut olunacağı təqdirdə, hər birini 3 ildən 10 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir. Təkrar hallarda isə azadlıqdan məhrum edilmənin müddəti 10 ildən yuxarı olacaqdır.

Digər xəbərlər