PDF Oxu

Dünya

  • 1 313

ABŞ Liviya üsyançılarının səfirini akkreditə edib

ABŞ Liviya üsyançılarının səfirini akkreditə edib

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Vaşinqton Liviyanın Milli Keçid Şurasının səfiri Əli Alucalini rəsmi səfir kimi akkreditə etmişdir. ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nülandın dediyinə görə, Ə.Alucalinin akkreditə olunması ilə yanaşı, ABŞ-da Liviya səfirliyinin binasının da açılışı olmuşdur. Ə.Alucali öz diplomatik vizasını avqustun 2-də almışdır. Belə ehtimal olunur ki, Ə.Alucali Müəmmər Qəddafinin ABŞ banklarında dondurulmuş 10-12 milyon dollar həcmində olan pulları almaq imkanına malik olacaqdır.

Ə.Alucali M.Qəddafi rejimində Liviyanın ABŞ-dakı səfiri postunda oturmuşdur. 2011-ci ilin fevralında o, üsyançıların tərəfinə keçmişdir. Vaşinqtonda Liviya səfirliyi 2011-ci ilin 10 martında açılmışdır.

ABŞ iyulda Liviyanın yeganə qanuni hökuməti olan Milli Keçid Şurasını tanımışdır. İyulun 27-də Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də bu cür addım atmışdır. Avqust ayında Liviya diplomatları Kanada ərazisini tərk etmişdir. Bir müddət əvvəl Liviya diktatoruna loyal olan diplomatik missiya əməkdaşları Fransa və Almaniya ərazisindən çıxarılmışdır.

Digər xəbərlər