PDF Oxu

Dünya

  • 1 168

AFR Şərqi Afrikaya 118 milyon avro məbləğində yardım edəcək

AFR Şərqi Afrikaya 118 milyon avro məbləğində yardım edəcək

"DW-WORLD" nəşrinin AFR-in iqtisadi əməkdaşlıq və inkişaf məsələləri üzrə naziri Dirk Nibelə əsaslanaraq, yazdığına görə, Almaniya hökuməti son illər ərzində quraqlıqdan əziyyət çəkən Şərqi Afrika ölkələrinə 118 milyon avro məbləğində yardım edəcəkdir. D.Nibel bu bəyanatını Keniyada səfərdə olarkən yaymışdır. Belə bir nəticə çıxarmaq olar ki, AFR, ilk olaraq, yardımı Keniyaya, Efiopiyaya, Cibutiyə, Somaliyə, Uqandaya və Ərəbistan yarımadasında yerləşən Yəmənə göstərəcəkdir.

118 milyon avronun 56 milyonu quraqlıqdan və aclıqdan əziyyət çəkənlərə ayrılacaqdır. Qalan 62 milyonu isə Afrika ölkələrinin sosial-iqtisadi infrastrukturlarının bərpasına yönəldilmiş uzunmüddətli layihələrə maliyyə yatırımları kimi istifadə ediləcəkdir. BMT-nin məlumatına görə, son 60 il ərzində Şərqi Afrikada quraqlıqdan 12 milyon nəfər əziyyət çəkmişdir. Ən ağır vəziyyət isə Somalinin payına düşmüşdür. Bu ölkədə, təxminən əhalinin yarısını təşkil edən 3,7 milyon əhali aclıqla üzbəüz qalmışdır. Aclığı, həm də xəstəlik müşayiət etmişdir. Nəticədə, Somalidə vəba epidemiyası geniş yayılmışdır.

Somalidə son 20 il ərzində dövləti iflic vəziyyətinə gətirən vətəndaş müharibəsi humanitar yardımların edilməsinə maneçilik törədir. Nəticədə, müharibədən, quraqlıqdan və aclıqdan əziyyət çəkən əhali qonşu Keniya və Efiopiyaya qaçmağa məcbur olur. Bəzi məlumatlara görə, indiyədək ölkəni 800 min nəfərədək adam tərk etmişdir. Somali sərhədi yaxınlığında Keniya ərazisində yerləşən Dadaab qaçqınlar düşərgəsində 400 min nəfərədək əhali məskunlaşmışdır.

Digər xəbərlər