"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İranın nüvə proqramı üzrə danışıqların bərpasına istiqamətlənmiş təklifini qəbul etmişdir. Avqustun 16-da İran prezidenti M.Əhmədinejad Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Tehranda görüş keçirmişdir.
Görüş zamanı M.Əhmədinejad "Lavrov planı" dairəsində əməkdaşlıq təklifini qəbul etməyə hazır olduğunu bildirmişdir. N.Patruşev, öz növbəsində, növbəti danışıqlarda İran prezidenti M.Əhmədinejadın və ölkənin dini lideri ayətullah Əli Xameneyinin fikirlərinin nəzərə alınacağını bildirmişdir.
S.Lavrov İranın nüvə proqramı ilə əlaqədar təklifini iyulun 12-də Vaşinqtonda səsləndirmişdir. Rusiya rəsmisi çıxışında demişdir ki, İranı dalana dirəyərək izolyasiyaya almaq yox, diqqəti konfliktin həllinə yönəldərək bu ölkə ilə əməkdaşlıq haqda danışıqları bərpa etmək lazımdır. "Lavrov planı"na görə, İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) arasında qarşılıqlı əlaqələri tədricən genişləndirmək lazımdır. Bu plana görə, İran üzrə sanksiyalar tətbiq etməkdənsə, tədricən münasibətləri normallaşdırmaq daha yaxşı nəticələr verə bilər.
Bir çox ölkələr və beynəlxalq təşkilatlar belə hesab edirlər ki, Tehran dinc atom proqramı pərdəsi altında nüvə silahı hazırlamaqdadır. Bununla əlaqədar 2010-cu ilin 9 iyununda BMT-nin Təhlükəsizlik Şurası İran üzərinə sanksiya tətbiq etmişdir. Bu sanksiyaya görə, İrana silah qoyuluşu dayandırılmışdır. ABŞ İrana neft məhsullarının daşımasına qadağa qoymuş, Avropa Birliyi isə İrana investisiya qoyuluşunu dayandırmış, texniki təchizat qoyuluşu ilə əlaqədar əməkdaşlığı məhdudlaşdırmışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...