PDF Oxu

Dünya

  • 1 151

Türkiyə təyyarələri kürd silahlılarının bazalarını bombalayıblar

Türkiyə təyyarələri kürd silahlılarının bazalarını bombalayıblar

"Frans Press" informasiya agentliyinin Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndəsi Dozdar Hammoya əsaslanaraq, yaydığı məlumata görə, avqustun 17-də axşam Türkiyə aviasiyası İraqın şimalında yerləşən kürd silahlılarının bazalarını bombalamışlar. D.Hammonun dediyinə görə, hücum yerli vaxtla 21.30-da başlanmışdır. İraq Türkiyə sərhədi boyunca uzanan kürd terrorçularının bazaları güclü bombardmana məruz qalmışdır.

"Firat" xəbərlər agentliyinin məlumatına görə, bombardmanda Türkiyə Hərbi-Hava Qüvvələrinin 13 təyyarəsi iştirak edirdi. İlkin məlumata görə, 5 hədəfə bombardman edilmişdir. Türkiyə Silahlı Qüvvələri bombardman haqqındakı məlumatı təsdiq etməmişlər.

Avqustun 17-də kürd silahlıları Haqqari əyalətində türk əsgərlərinə hücum etmişlər. Nəticədə 8 türk hərbi qulluqçusu həlak olmuş, 11 nəfər isə yaralanmışdır. Kürd silahlıları iyunun 12-də parlament seçkiləri keçirildikdən sonra silahlı qarşıdurma yaratmışlar.

Digər xəbərlər