"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 17-də Yəməndə hakimiyyətin dinc yolla prezident Əli Abdulla Salehdən alınması səlahiyyətlərini daşıyan Milli Şura seçilmişdir. Şuranın tərkibinə 143 nəfər daxil edilmişdir. Haqqında söhbət gedən şura Yəmən müxalifətinin müxtəlif cərəyanlarının 800 nəfərə yaxın nümayəndəsinin səsverməsi əsasında yaradılmışdır. Yaxın günlərdə şura üzvləri tərkibinə 20 nəfərin daxil ediləcəyi İcra Komitəsi yaradacaqlar. "CNN"-in məlumatına görə, şura beynəlxalq aləmdə Yəmənin legitim hakimiyyət orqanı kimi tanınmaq statusu almağa çalışacaqdır.
İqtidar partiya nümayəndələri bu cür şuranın yaranmasının dinc məqsəd olmasını inkar edir. 1978-ci ildən ölkəni idarə edən Yəmən prezidenti Saleh son vaxtlar Səudiyyə Ərəbistanına müalicə olunmağa getmişdir. O, cari ilin iyun ayında yaralandıqdan sonra bu qərarı qəbul etmişdir. Müxalifətin kütləvi etiraz aksiyaları isə yanvar ayında başlanmışdır. O vaxtdan etibarən hər iki tərəfdən 1000 nəfərə yaxın adam qətlə yetirilmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...