Fələstin Milli Administrasiyasının (FMA) rəhbərliyi Fələstinin müstəqilliyinin elan edilməsi məsələsini təxirə salmaq məqsədilə müzakirələr aparır. "Ediot Axronot" qəzetinin yazdığına görə, müvafiq məxfi danışıqlar Fələstin administrasiyası ilə Avropa Birliyi (AB) və Ərəb Dövlətləri Liqası (ƏDL) arasında aparılır. Qəzet yazır ki, Fələstin rəhbərliyi Avropa ölkələrinin BMT TŞ-də Fələstinin müstəqilliyi haqda əsasnamə layihəsinə səs verəcəklərinə inanmır. Bunun əvəzində fələstinlilər BMT-də Fələstin Azadlıq Təşkilatının (FAT) statusunun artırılmasını və əsasnamə layihəsinin mətnində dəyişiklik aparılmasını təklif edirlər. Hazırda FAT BMT-də müşahidəçi statusunda iştirak edir. Sənədin mətninin dəyişdirilməsi haqda son qərar Avropa Birliyinin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton və Fələstin prezidenti Mahmud Abbas arasında görüşdə müzakirə ediləcəkdir. Görüşün avqustun 27-də Ramallada keçiriləcəyi gözlənilir.
2011-ci ildə Fələstin rəhbərliyi dəfələrlə öz müstəqilliyini elan edəcəyini bəyan etmişdir. Müvafiq əsasnamə layihəsinin müzakirə edilməsi imkanı sentyabrın 20-də BMT-nin Baş Assambleyasının açılışı zamanı nəzərdə tutulmuşdur. O vaxt İsrail bu planını qəbuledilməz hesab etmiş və Fələstin rəhbərliyini sülh danışıqlarının dondurulması ilə hədələmişdir. Vaşinqton və Fələstinin müstəqilliyi əleyhinə çıxmışdır. Rusiya planı dəstəkləməyə hazır olduğunu bəyan etmişdi. Fələstin və İsrail tərəf geniş etiraz aksiyaları keçirməyə hazırlaşmışdılar. Bu etiraz aksiyalarının üçüncü intifadaya keçəcəyi ehtimalı irəli sürülür.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...