PDF Oxu

Dünya

  • 986

Mahaçqalada partlayışlar nəticəsində 20 nəfərdən çox adam xəsarət alıb

Mahaçqalada partlayışlar nəticəsində 20 nəfərdən çox adam xəsarət alıb

"İTAR-TASS"-ın məlumatına görə, Mahaçqalada baş vermiş iki partlayış nəticəsində 21 nəfər bədən xəsarəti almışdır. İlk partlayış avqustun 21-də Moskva vaxtı ilə saat 22:10 dəqiqədə Akuşinsk prospektindəki 98E nömrəli evdə baş vermişdir. İçərisində 100 qrama yaxın trotil ekvivalenti olan partlayıcı qurğu işə düşdükdən sonra mağazaçı qadın ciddi bədən xəsarəti alıb xəstəxanaya yerləşdirilmişdir.

İkinci partlayıcı qurğu mağaza yaxınlığında yol kənarına basdırılmışdır. Onu Moskva vaxtilə saat22:40 dəqiqədə hüquq-mühafizə orqanı əməkdaşları və yerli əhali supermarket ətrafına toplaşdıqdan sonra işə salmışlar. Nəticədə 14 nəfər yerli əhali, o cümlədən, 3 uşaq və 6 polis əməkdaşı yaralanmışdır. RİA "Novosti" bir neçə polis avtomobilinin də ciddi surətdə zədələndiyini bildirir.

Digər xəbərlər