PDF Oxu

Dünya

  • 898

Tripoli üsyançıların əlinə keçib

Tripoli üsyançıların əlinə keçib

"Röyters" informasiya agentliyinin "Əl-Cəzirə" telekanalına müsahibə verən Liviya üsyançılarının bəyanatlarına əsaslanaraq, yaydığı məlumata görə, müxalifət qüvvələri Müəmmər Qəddafinin iqamətgahının yerləşdiyi Bab əl-Əziziyə adlanan kiçik kvartal istisna olunmaqla, praktik olaraq, Tripoli ərazisini ələ keçirməyə nail olmuşlar. Üsyançıların bu uğuruna sevinən yüzlərlə adam küçələrə çıxmışdır. Onların bir çoxu müxalifətçilərin üçrəngli bayraqlarını əllərində yelləyir və M.Qəddafinin portretlərini yandıraraq, ayaqları altına atırdılar. "BBC Nyus"un digər Qərb jurnalistləri ilə şəhər mərkəzində olan müxbirinin dediyinə görə, buradakı binalar M.Qəddafi tərəfdarlarının nəzarəti altındadır. Müxbirin dediyinə görə, Liviyanın Dövlət Televiziyası da bu ərazidə yerləşir. Tripoli ələ keçirildikdən sonra M.Qəddafinin oğulları Məhəmməd və Seyf əl-İslam üsyançıların əllərinə keçərək həbs edilmişlər. Müxalif qüvvələr onların təhlükəsizliyinə təminat vermişdir.

ABŞ prezidenti Barak Obama M.Qəddafini istefa verməyə çağırmış və bundan sonra qan axıdılmasına yol verməməyi məsləhət görmüşdür.

Üsyançıların Tripoliyə hücumu avqustun 20-də gecədən xeyli keçdikdən sonra başlanmışdır. Hücumun ilk sutkaları ərzində 1300 nəfərədək adam həlak olmuşdur.

Digər xəbərlər