Suriyanın "SANA" dövlət informasiya agentliyinin avqustun 21-də yaydığı məlumata görə, Suriya prezidenti Bəşər Əsəd hazırkı vaxtda istefaya çıxmayacağını bəyan etmiş və seçkilərin təxmini vaxtını müəyyənləşdirdiyini bildirmişdir. Onun dediyinə görə, Suriya öz problemlərinin siyasi həllinə açar tapmışdır.
"Biz problemlərimizin həllinə hadisələrin başlanğıcının ilk vaxtlarından açar tapmışıq. Əks-təqdirdə, biz islahatlara doğru irəliləyə bilməzdik" deyə Suriya prezidenti bildirmişdir. O, ABŞ və Böyük Britaniya başda olmaqla, bir neçə ölkənin onun istefaya çıxması tələbinə də cavab vermişdir: "Onların təklifləri mənasızdır. Qərbin yox, Suriya xalqının seçdiyi prezident haqda onların bu cür ifadə işlətmələri yersizdir. Axı Suriya Birləmiş Ştatların kreaturu deyil."
B.Əsəd 2011-ci ilin dekabrında Suriyada bələdiyyə, 2012-ci ilin fevralında isə parlament seçkilərinin keçiriləcəyini bildirmişdir. O, Suriya konstitusiyasının da nəzərdən keçiriləcəyini və başlıca olaraq, 8-ci maddənin dəyişdiriləcəyi imkanı haqda məlumat vermişdir. 8-ci maddə iqtidarda olan "Baas" partiyasının rəhbər rolunu daha da möhkəmləndirilməsi və bu partiyanın ölkənin siyasi həyatında mühüm rol oynayacağını ehtiva edir.
Avqustun 18-də ABŞ, Böyük Britaniya, Almaniya və Fransa rəsmiləri B.Əsədə müraciət edərək, müxalifətin tələbini yerinə yetirərək istefaya çıxmağı məsləhət görmüşlər. ABŞ prezidenti Barak Obama Suriyanın ABŞ ərazisində olan bütün fəallarının həbs edilməsini və Dəməşqdə neft məhsullarının ixrac edilməsini qadağan etmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...