PDF Oxu

Dünya

  • 1 199

Estoniyanın müdafiə naziri ölkənin düşmənlərini hədələyib

Estoniyanın müdafiə naziri ölkənin düşmənlərini hədələyib

"DzD" nəşrinin məlumatına görə, Estoniyanın müdafiə naziri Mart Laar "ölkəyə hücum" edənlərin məhv ediləcəyini bəyan etmişdir. Nazir bu bəyanatını silahlanmış hüquqşünas Karen Drambyan nazirliyin binasına soxularaq, polis tərəfindən güllələndikdən sonra vermişdir.

Estoniya tələbə cəmiyyətinin məlumatına görə, müdafiə naziri M.Laarın bəyanatı bu cür səslənir: "Estoniya dövlətinə hücum edənlər güllələnəcəkdir. Mən buna gələcəkdə də təminat verirəm." "DELFE" agentliyiinin şərhində deyilir ki, nazir gənclərə bu cür məlumat göndərməsini "daxili yazışmalarda sərbəst fikir mübadiləsi" kimi xarakterizə etmişdir.

Müdafiə nazirliyində insident avqustun 11-də baş vermişdir. İki tapança ilə silahlanmış hüquqşünas Karen Drambyan nazirliyin binasına soxularaq, bir neçə atəş açmış və iki mühafizəçini girov götürdüyünü bəyan etmişdir. Sonralar məlum olmuşdur ki, mühafizəçilər, sadəcə olaraq, onunla bir otaqda olmuşdular və girov götürülməmişdilər. K.Drambyan heç bir tələb irəli sürməmişdir. Hücumdan dərhal sonra nazirlik əməkdaşları evakuasiya edilmişlər. Bundan sonra polis əməliyyat keçirmiş və nəticədə K.Drambyan öldürülmüşdür.

Digər xəbərlər