PDF Oxu

Dünya

  • 1 312

“İren” fırtınası ABŞ sahillərində güclənərək qasırğaya çevrilib

“İren” fırtınası ABŞ sahillərində güclənərək qasırğaya çevrilib

"Frans Press" informasiya agentliyinin milli qasırğalar mərkəzinin məlumatına əsaslanaraq, yaydığı məlumata görə, "İren" tropik fırtınası ABŞ sahillərinə yaxınlaşdıqdan sonra güclənərək, qasırğaya çevrilmişdir. Son məlumatlara görə, qasırğa avqustun 22-də Puerto-Rikonun paytaxtı San-Xuan şəhərinin təxminən 40 kilometrliyində olmuşdur. "İren" qasırğasının sürəti saniyədə 35 metrə çatırdı. Bu qasırğa avqustun 15-də Atlantik okeanın Afrika sahillərində yaranmağa başlanmışdır. Avqustun 20-də Amerika meteoroloqları "İren"ə tropik fırtına statusu vermişlər. Sonralar o, qasırğa həddinə yüksəlmişdir. Puerto-Riko və Dominikan Respublikasında fırtına xəbərdarlığını edilmişdir. "İren"in Haiti Baqam adaları ərazilərinə də çatacağı gözlənilir.

"The Palm Veach Post" qəzetinin yazdığına görə, verilən proqnozlara görə, "İren" cümə axşamı və cümə günlərində birinci və ikinci qasırğa statusunda Florida sahillərinə çatacaqdır.

Digər xəbərlər