Avqustun 23-də Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam "Frans Press" və "BBC Nyus" agentliklərinin müxbirləri ilə Tripolidə görüşmüşdür. Əl-İslam "Frans Press"in müxbiri ilə atasının Bab əl-Əziziyə bölgəsində yerləşən iqamətgahında görüşmüşdür. Söhbət əsnasında əl-İslam demişdir: "Tripoli nəzarətimiz altındadır. Bizim nəzarət etdiyimiz ərazidə üsyançılar gözə dəymir".
Onun "BBC Nyus" jurnalisti ilə görüşü avqustun 23-də səhər radələrində xarici jurnalistlərin məskunlaşdıqları "Rixos" mehmanxanasında keçirilmişdir. Əl-İslam Britaniya jurnalistinə demişdir ki, atası Müəmmər Qəddafi sağdır və hazırda o, Tripolidədir.
Avqustun 22-də "Röyters" agentliyi üsyançılar Tripolini ələ keçirdikdən sonra, Seyf əl-İslamı həbs etdiklərini yaymışdır. Əl-İslamın həbs edilməsini Haaqa beynəlxalq cinayət məhkəməsinin nümayəndələri də təsdiq etmişdilər. Xatırladırıq ki, Haaqa məhkəməsi cari ilin iyununda əl-İslamın həbsi haqda sanksiya imzalamışdı. Üsyançılar isə Qəddafinin daha iki oğlunu-Səədini və Məhəmmədi də həbs etdiklərini bildirmişlər. Məlum olmuşdur ki, avqustun 22-də Məhəmməd nəzarətçilərin gözündən yayınıb qaçmağa müvəffəq olmuşdur.
"Əl-Uruba" telekanalı avqustun 23-də səhər Beyrutdan Qəddafinin nümayəndəsi Musa İbrahimin Liviya liderinin oğullarının hamısının azadlıqda olduqları haqda xəbər verdiyini bildirmişdir. Onun dediyinə görə, əl-İslam heç vaxt üsyançıların əlinə keçməmişdir. M.İbrahim üsyançıların Tripoli şəhərinin 95 faizini öz əllərində saxladıqları iddialarını da təkzib etmişdir. Onun dediyinə görə, Tripoli şəhərinin ərazisinin 75 faizi Qəddafiyə loyal qüvvələrin nəzarəti altındadır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...