PDF Oxu

Dünya

  • 989

Qəddafi geri çəkilməsini taktiki gediş kimi qiymətləndirib

Qəddafi geri çəkilməsini taktiki gediş kimi qiymətləndirib

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 24-də Müəmmər Qəddafi Tripoli radiostansiyasının efirindən Liviya xalqına müraciət etmişdir. Polkovnik öz çıxışında demişdir ki, Liviya paytaxtındakı hökumət iqamətgahının təslim edilməsi "taktiki gedişdir". M.Qəddafi üsyançılar və NATO qoşunları əleyhinə mübarizəni qələbəyədək və ya "əzabkeş" adı alanadək davam etdirəcəyini vəd etmişdir. Polkovnikin nitqi "Əl-Qrouba" televiziyası vasitəsi ilə translyasiya edilmişdir.

"Əl-Ərəbiyyə" telekanalına əsaslanan "Röyters"in məlumatına görə, Tripoli uğrunda gedən döyüşlərdə 400 nəfərdən çox adam həlak olmuş, 2000 nəfərdən çoxu isə yaralanmışdır. Bu məlumatları telekanala üsyançı qüvvələr ötürmüşlər. Agentliyin məlumatına görə, Tripolidə talanlar başlamışdır. "Frans Press"in məlumatına görə, Qəddafi əleyhdarlarının nəzarəti altında olan Misurat şəhəri raket atəşinə məruz qalmışdır. Üsyançıların fikrincə, raket atəşi M.Qəddafi tərəfdarlarının əlində olan Sirt şəhərindən atılmışdır.

Avqustun 23-də M.Qəddafinin Tripolidəki Bab əl-Əziziyyə bölgəsində yerləşən iqamətgahı üsyançılar tərəfindən zəbt edilmişdir. Hücum NATO aviasiyasının bombardmanından sonra gerçəkləşdirilmişdir. NATO qüvvələri M.Qəddafi iqamətgahına onlarla raket zərbəsi endirmişdir.

Digər xəbərlər