"The Dailu Teleqraph" qəzetinin Misurat hərbi şurasının informasiya mərkəzinə əsaslanaraq, yazdığına görə, Tripoli həbsxanasının kameralarında 140 məhbusun cəsədi aşkar edilmişdir. Müxalifətçilərin dediklərinə görə, məhbuslar öz kameralarında üzərlərinə atılmış qumbara qəlpələrindən ölmüşlər. Cəsədlərin 13-ü bayıra çıxarılmışdır. Söhbətin hansı Tripoli həbsxanasından getdiyi haqda məlumat verilmir.
Ötən həftə informasiya bloqlarında gedən məlumatlara görə, Əbu-Səlim həbsxanasında məhbusların üsyan qaldıraraq qaçdıqları bildirilirdi. Bu həbsxanada Müəmmər Qəddafi əleyhdarları da saxlanılırdı. Avqustun 22-dən sonra Tripoli şəhərinin böyük hissəsini üsyançılar öz nəzarətləri altında saxlayırdılar. M.Qəddafiyə loyal qüvvələr, praktik olaraq, şəhərdən çıxarılmışlar. Yaxın günlərdə bir sıra Qərb ölkələrinin legitim Liviya hökuməti kimi tanıdıqları Milli Keçid Şurası Benqazidən Tripoliyə köçürüləcəkdir. "Əl-Cəzirə" telekanalının, şahidlərin dediklərinə əsaslanaraq, yaydığı məlumata görə, Tripolidə vəziyyət mürəkkəb olaraq qalmaqdadır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...