PDF Oxu

Dünya

  • 926

Qoran Haciç üzərinə qoyulan ittihamı boynundan atıb

Qoran Haciç üzərinə qoyulan ittihamı boynundan atıb

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, tanınmamış Serbiya Krainası Respublikasının keçmiş prezidenti Qoran Haciç keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunalının yığıncağında üzərinə qoyulan ittihamı rədd etmişdir.

Q.Haciç 1992-1994-cü illərdə haqqından söhbət gedən tanınmamış dövlətə başçılıq edərkən, hərbi cinayətlərdə təqsirli bilinmişdir. 14 epizod üzrə ittihamlardan birində o, Xorvat yaşayış məntəqəsi olan Vukovarda 250 nəfərdən artıq insanın qətlində şübhəli bilinmişdir.

Q.Haciç 2011-ci ilin 20 iyulunda Serbiyanın şimalında həbs edilərək, Haaqaya göndərilmişdir. Həbs olunan zaman üzərində tapança olsa da, Q.Haciç ondan istifadə etməmişdir. Məlumata görə, Serbiya hüdudlarını tərk etməyə hazırlaşırdı. Adını başqa adla dəyişmiş Q.Haciçi Amadeo Modilyaninin rəsm əsərini satarkən həbs etmişdilər. Görünür, rəsm əsəri onun əlinə Xorvatiya müharibəsi zamanı düşmüşdür.

Q.Haciç 1990-cı ilin əvvəllərində Balkanlarda gedən müharibələr zamanı hərbi cinayətlərdə ittiham edilən 161 nəfərin sonuncusu olmuşdur. Onu 2004-cü il hərbi cinayətlərində də ittiham etmişlər. Həmin vaxt Q.Haciçin axtarışı elan edilmişdi. Son 7 il ərzində Q.Haciç Serbiyada gizlənmişdi. Ancaq o, bu vaxt ərzində iki dəfə Rusiyaya getməyə macal tapmışdı.

Digər xəbərlər