PDF Oxu

Dünya

  • 1 084

İsrail HHQ-si Qəzza bölgəsinə yeni aviasiya zərbələri endirib

İsrail HHQ-si Qəzza bölgəsinə yeni aviasiya zərbələri endirib

"Ediot Axronot" qəzetinin yazdığına görə, avqustun 25-də İsrailə məxsus hərbi-hava qüvvələri Qəzza bölgəsinə yeni aviasiya zərbələri endirmişlər. Nəticədə 2 fələstinli həlak olmuş, 20 nəfərdən çox adam yaralanmışdır. TSAXAL mənbəsinə əsaslanan nəşrin məlumatına görə, bombardmanın səbəbi silahlıların Qəzza bölgəsində yerləşən silah anbarları olmuşdur. Bir müddət əvvəl Fələstin mənbələri İsrail təyyarələrinin "İslam cihadı" klubunun binasına hücum etdiyini bildirmişlər. Rafah bölgəsində yerləşən tunelin də məhv edildiyi bildirilir. Bu tunel vasitəsi ilə Qəzza bölgəsinə qaçaqmalçı silah daşıyan 4 terrorçu yaralanmış, 3 nəfər isə itkin düşmüşdür.

Avqustun 24-də İsrailin Aşkelon şəhərinə iki raket mərməsi düşmüşdür. Onlardan birinin partlaması nətiəcsində 9 yaşlı körpə yüngül yaralanmıdır. Daha bir neçə raket havada zərərsizləşdirilmişdir.

Qəzza sektoru döyüşçüləri və TSAXAL hərbçiləri arasında qarşıdurma avqustun 18-dən etibarən davam etməkdədir. Həmin gün İsraildə üç terror aktı törədilmişdir. Avqustun 22-də tərəflər döyüşü dayandırmaq haqda razılığa gəlmişdilər. Avqustun 24-də İsrail HHQ-lərinin Qəzza bölgəsini bombardman etməsindən sonra "İslam cihadı" fəalı İsmail əl-Əsmar öldürülmüş və qarşıdurma bərpa edilmişdir.

Digər xəbərlər