"Yerusəlim Post" qəzetinin yazdığına görə, İsrailin müdafiə ordusu hədəfi dəqiq vuran yeni snayperlərlə silahlandırılacaqdır. Snayper silahlarının tətbiqi nümayişçiləri qovarkən ölüm hallarının aşağı salınmasını nəzərdə tutan proqram dairəsində gerçəkləşdiriləcəkdir. Qəzet yazır ki, hərbçilərə "Elbit Sustems" kompaniyası tərəfindən işlənib hazırlanan hədəfi göstərən lazer sistemi paylanacaqdır. Bu sistemlər pis hava şəraitində bir kilometr məsafədən hədəfi görmək imkanına malikdirlər.
Bu cür sistemin hərbçilərin istifadəsinə verilməsi məsələsi 2009-cu ildə "Tsanxanim" hərbi-desant briqadasının rəhbərdiyi tərəfindən qaldırılmışdır. Həmin vaxt Qəzza bölgəsində keçirilmiş "Qəlib qurğuşun" əməliyyatı keçirilmişdir. Əsgərlərə paylanmış aparaturalar İsrail və Suriya sərhədində baş vermiş iyun insidentində TSAXAL hərbçiləri tərəfindən istifadə edilmişdir. Sərhədi keçmək istəyən fələstinlilərə atəş açılmışdı. 23 nəfərə yaxın adam ölmüşdü.
"Yerusəlim Post" qəzetinin yazdığına görə, yeni doktrinaya əsasən, snayperlər gülləni nümayişçilərin ayaqlarına atacaqlar. Etiraz aksiyaları dağıdılarkən tələfatın azalması haqqında qərar Fələstin administrasiyasının müstəqilliyini elan etməsi təklifi ilə əlaqədar çıxarılmışdır. Həmin əsasnamə layihəsi sentyabrın 20-də BMT-nin Baş Assambleyasının açılışı zamanı təqdim ediləcəkdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...