"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 26-da Abxaziyada prezident seçkiləri keçirilməyə başlanmışdır. Respublikada səsvermə hüququna malik olan 143,7 min əhali yaşayır. Onlar üçün ölkə ərazisində 170 seçki məntəqəsi yaradılmışdır. Bir seçki məntəqəsi Moskvada, bir seçki məntəqəsi isə Çerkesskda açılmışdır. Abxaziyada prezident postuna üç nəfər öz namizədliyini irəli sürmüşdür. Bunlardan birincisi ölkənin vitse-prezidenti Aleksandr Ankvab, ikincisi baş nazir Sergey Şamba, üçüncüsü isə müxalifət nümayəndəsi Raul Hacimbadır.
Seçkilərdə əhalinin 50 faizdən çoxunun iştirakı seçkilərin baş tutduğuna işarə olacaqdır. Seçkinin nəticələri avqustun 27-də günorta elan ediləcəkdir. Abxaziyada növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbi prezident Sergey Baqapşın mayın 29-da vəfat etməsi olmuşdur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...