PDF Oxu

Dünya

  • 1 062

ABŞ Qəddafinin hesabından yeni Liviya hökumətinə 1,5 milyard dollar verəcək

ABŞ Qəddafinin hesabından yeni Liviya hökumətinə 1,5 milyard dollar verəcək

"Frans Press" informasiya agentliyinin avqustun 26-da yaydığı məlumata görə, ABŞ Liviyanın yeni hökumətinə təcili yardım etmək üçün Müəmmər Qəddafinin bank hesabından 1,5 milyard dollar göndərəcəkdir. Pulun 500 milyon dolları beynəlxalq humanitar təşkilatların hesablarına keçiriləcəkdir. Liviyanın Milli Keçid Hökumətinə də 500 milyon dollar veriləcəkdir.

Bu pullar dövlət xidmətçilərinin əmək haqlarına və başqa ehtiyaclara yönəldiləcəkdir. Üçüncü 500 milyon dollar isə beynəlxalq fondlara veriləcək və həmin fondlar Liviyaya yanacaq və humanitar yüklər daşıyacaqlar.

Bir müddət əvvəl Cənubi Afrika Respublikası BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü statusundan istifadə edərək, M.Qəddafinin bank hesabının açılması əleyhinə çıxış etmişdir. Liviyanın Milli Keçid Hökumətini tanımayan CAR diplomatları M.Qəddafinin bank aktivlərinin Afrika Birliyinin sanksiyası ilə açılmasını təklif edirdilər. Yalnız ABŞ işə qarışdıqdan sonra CAR nümayəndələri fikirlərindən daşındılar.

M.Qəddafinin ABŞ-dakı bank hesabları 2011-ci ilin fevralında dondurulmuşdur. Banklarda 30 milyard dolların olduğu bildirilirdi.

Digər xəbərlər