PDF Oxu

Dünya

  • 1 052

Nigeriyada daşqın 100 nəfərdən çox adamın həyatına son qoyub

Nigeriyada daşqın 100 nəfərdən çox adamın həyatına son qoyub

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, son həftə ərzində Nigeriyada baş vermiş daşqın ən azı 102 adamın həyatına son qoymuşdur. Məlumatı avqustun 31-də Nigeriyanın Qırmızı Xaç Cəmiyyətinin yerli şöbəsi yayıb.

Daşqınların səbəbi aramsız leysan yağışları olmuşdur. Ölkənin Qərbində yerləşən İbadan şəhərinin bir neçə körpüsünü sel aparmışdır. Daşqın bəndlərin uçması nəticəsində yaranmışdır. "Assoşieyted Press"in məlumatına görə, 1,5 min nəfərədək adam evsiz qalmışdır. Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrinin dediklərinə görə, bəzi yaşayış məntəqələrində suyun səviyyəsi yüksək olaraq qalmaqdadır və leysan yağışları yağmaqda davam edir.

"Frans Press" agentliyinin məlumatına görə, qurbanların əksəriyyəti Nigeriyanın iri şəhərlərinin payına düşür. Burada kiçik daxmalarda yaşayan kasıblar az qala müdafiəsiz vəziyyətdədirlər. Bu cür evləri su asanlıqla yuyub aparır, yenilərini tikmək isə, selin səviyyəsinin aşağı düşməməsi səbəbindən, çətinlik yaradır.

Aprel ayından noyabradək hər il Nigeriyada böyük daşqınlar olur. Cari ilin iyun-iyul aylarında sel sularında həlak olanların sayı 44 nəfər olmuşdur.

Digər xəbərlər