"The Financial Times" qəzetinin yazdığına görə, Cənubi Çin dənizində Çinə məxsus hərbi gəmi Hindistanın hərbi-dəniz qüvvələrinə məxsus gəmini saxlamağa cəhd etmişdir. Qəzet yazır ki, bu, iki ölkənin hərbi-dəniz qüvvələri arasında baş verən ilk insidentdir.
Haqqında söhbət gedən hadisə cari ilin 22 iyulunda baş versə də, indi mətbuat səhifələrinə çıxmışdır. Hindistana məxsus "Airavat" gəmisi Vyetnam limanından çıxaraq, sahil sularından 44 dəniz mili məsafəsində olarkən, Çinin hərbi-dəniz qüvvələrinin çağırışı ilə üzləşmişdir. Çin tərəf Hindistan gəmisinin Çinin ərazi sularında olduğunu bəyan etmişdir. Hindistan tərəfi isə ona məxsus gəminin neytral sularda olduğunu bildirirdi.
Çin Cənubi Çin dənizinin onun ərazi suları olduğunu iddia edir. Vyetnam, Buruney, Malayziya, Filippin və Tayvan da bu ərazidə yerləşdiyindən Cənubi Çin dənizinin müəyyən hissələrinə iddia qaldırırlar. Bu cür mövqe Çin tərəfin Filippin və Vyetnamla konfliktinə səbəb olmuşdu. "Frans Press" agentliyinin qeydinə görə, ötən həftə Pentaqon öz məruzəsində Çinin bu sahədə artmaqda olan ambisiyasını tənqid atəşinə tutmuşdur. Pekin isə belə bir bəyanatla çıxış edir ki, bu və ya digər ölkənin hərbi-dəniz qüvvələrini onun ərazi sularında mövcudluğu ölkə rəhbərliyini müdafiə tədbirləri görməyə səsləyir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...