PDF Oxu

Dünya

  • 1 068

AFR hökuməti Avrozonanın xilas edilməsi üzrə qanun layihəsi qəbul edib

AFR hökuməti Avrozonanın xilas edilməsi üzrə qanun layihəsi qəbul edib

"Şpigel" qəzetinin yazdığına görə, Almaniya hökuməti avqustun 31-də Ümumavropa Stabil Fondunun Modernləşdirilməsi üzrə (EFSF) qanun layihəsi qəbul etmişdir. Sənəd EFSF-nin həcminin və buna müvafiq olaraq Almaniyanın iştirak payının artırılmasını da nəzərdə tutur. Bu payın miqdarı 123 milyard avrodan 211 milyard avroyadək artmaqdadır. EFSF bir neçə funksiyanı yerinə yetirəcəkdir ki, bunlardan biri Avrozonanın borc böhranına aparılması ilə effektiv mübarizə olacaqdır. Stabil Fond borcu olan Avropa Birliyi ölkələri üçün dövlət istiqrazları almaq, kreditlər vermək və Avrozona dövlətlərinin banklarının xilas edilməsi üçün vəsait buraxmaq hüququnda olacaqdır.

"DW-WORLD" qəzetinin yazdığına görə, Avropa Birliyinin digər ölkələrindən fərqli olaraq Almaniyanın bu cür bahalı əməliyyatlarda iştirakı ilə borclu ölkələrin xilas olunmasını, əsasən, Yunanıstanın böhrandan çıxmasını təmin etmək üçün Bundestaqın xüsusi sanksiyası lazımdır. Bunun üçün parlament müvafiq qanun qəbul etməlidir. Bundestaq və Bundesratda səsvermələr, müvafiq olaraq, sentyabrın 29 və 30-da keçiriləcəkdir.

"Taqesşau" qəzetinin yazdığına görə, Bundestaqın bu stabilləşdirmədə məhz necə iştirak edəcəyi məlum deyil. Əvvəllər AFR hökuməti EFSF ilə əlaqədar məsələlərin həllində büdcə üzrə parlament komitəsinin dəstəyinə arxalanırdı. Hazırda bir çox deputatlar bu cür dəstəyin kifayət etməyəcəyini bildirirlər.

Almaniya Sosial-Demokrat Partiyasının nümayəndələri parlamentin səlahiyyətlərinin genişləndirilməsinə çalışacaqlarını bildirmişlər. Fraksiya başçısı Reyner Brüderlin dediyinə görə, gələcəkdə Avrozona ölkələrinə hər yeni maliyyə yardımı tranşı üçün Bundestaqın qərarı lazım olacaqdır. Xatırladırıq ki, Bundestaqın səlahiyyəti məsələsində iqtidar koalisiyasının üzvləri olan mühafizəkarlar və liberallar arasında dəfələrlə ciddi fikir ayrılığı olmuşdur.

Digər xəbərlər