"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Liviyanın Milli Keçid Şurasından tələb etmişdir ki, Şotlandiyanın Lokerbi şəhərində baş vermiş terror aktı ilə bağlı cinayət işinin təhqiqatını davam etdirsin. Onun dediyinə görə, ABŞ təhqiqatın gedişini öz müşahidəsi altında saxlayacaqdır.
H.Klinton bu bəyanatını Liviyanın keçmiş kəşfiyyat əməkdaşı Abdel Basset Əli əl-Meqrahi Tripolidə üzə çıxdıqdan sonra vermişdir. Həmin şəxs, Britaniya məhkəməsi tərəfindən, 1988-ci ildə Şotlandiyanın Lokerbi şəhəri üzərindən uçan təyyarədə partlayış törətməkdə ittiham edilmişdir. 2009-cu ildə terrorçu ağır onkoloji xəstəliyə tutulduqdan sonra azadlığa buraxılmışdır. H.Klinton demişdir ki, 270 adamın (onlardan 189 nəfəri ABŞ vətəndaşı olmuşdur) ölümündə suçlu bilinərək, ömürlük həbs cəzasına məhkum edilmiş əl-Meqrahi heç bir tərzdə azadlığa buraxıla bilməz. ABŞ-ın dövlət katibi terrorçunun həbsxanaya qaytarılmasını tələb etmişdir. "Voice of America" qəzetinin yazdığına görə, üsyançılar hökuməti təhqiqata başlamağa razılıq vermişdir. Bir müddət əvvəl, Liviyanın Milli Keçid Şurası ölməkdə olan əl-Meqrahini nə Amerika, nə də Britaniya orqanlarına verməyəcəyini bildirmişdi. Konqresmenlər əl-Meqrahinin həbsxanaya qaytarılmaycağı təqdirdə, Müəmmər Qəddafinin ABŞ banklarındakı pullarını yeni Liviya hökumətinə verməməyi hökumətdən tələb etmişlər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...