"Haaretz" qəzeti sentyabrın 2-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun bəyanatına əsaslanaraq, yazmışdır ki, Türkiyə İsrail hökumətinin 2010-cu ilin may ayının axırlarında xüsusi dəstəsi vasitəsi ilə "Azadlıq donanması"nın ələ keçirilməsi ilə bağlı insidentdən nəticə çıxarıb üzr istəməyəcəyi təqdirdə, öz səfirini geri çağıracaqdır.
Ə.Davudoğlunun dediyinə görə, İsrail hökuməti sentyabrın 2-də "Mavi Mərmərə" gəmisində türk vətəndaşlarının öldürülməsinə görə, üzr istəmək üçün son məqamlardan istifadə etməlidir. Nazir əks-təqdirdə BMT komissiyasının insidentin tədqiqatı ilə bağlı 105 səhifəlik məruzəsi açıqlandıqdan sonra İsrailə qarşı sanksiya tətbiq etməyə məcbur olacaqdır. Türkiyə naziri bundan sonra iki ölkə arasında diplomatik münasibətlərin azalacağını bildirmişdir. Türkiyə tərəf İsraildəki səfiri və onun müavinini geri çağıracaq və orada yalnız diplomatik missiyanın səfirlik katibi qalacaqdır. İsrail səfiri Qabbi Levi və müavini Ella Afek Türkiyə hüdudlarından kənarlaşdırılacaqdır. Ankara növbəti sanksiya kimi Yerusəlimlə ticarət münasibətlərini dayandıracağı ilə də hədələmişdir. Xatırladırıq ki, hər iki ölkə arasında məhsul mübadiləsinin ümumi məbləği bir neçə milyard dollar təşkil edir. Bundan başqa, Türkiyə tərəf İsraili beynəlxalq məhkəməyə də verə bilər.
İsrailin baş naziri Binyamin Netaniyaqu Türkiyə tərəfin təhdidinə baxmayaraq, flotiliya ələ keçirilərkən güc tətbiqinə görə, üzr istənilməyəcəyini bildirib. "Yerusəlim Post" qəzetinin yazdığına görə, TSAXAL nümayəndələri əməliyyat iştirakçılarının Türkiyə tərəfindən təhdid edilmələrinə yol verməyəcəklərini bildirmişlər.
BMT komissiyasının 31 may hadisələrinin təhqiqatını aparan məruzəsinin surəti sentyabrın 1-də "Nyu-York Tayms" qəzetində dərc edilmişdir. Komissiya belə bir nəticəyə gəlmişdir ki, İsrail tərəf gəminin bortunda olan şəxslərə qarşı silah tətbiq etmişdir. Buna görə də, komissiya İsrail əsgərlərinin əməllərini "kobud və əsaslandırılmamış əməl" kimi qiymətləndirmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...