PDF Oxu

Dünya

  • 973

Rusiya hərbi bazalarının Tacikistanda qalmasının müddəti 49 il uzadılıb

Rusiya hərbi bazalarının Tacikistanda qalmasının müddəti 49 il uzadılıb

"Avesta" Tacikistan informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya Federasiyası hərbi bazalarının Tacikistan ərazisində saxlanmasının müddəti 49 il uzadılacaqdır. Bu cür bəyanatla RF prezidenti Dmitri Medvedev Tacikistan prezidenti İmaməli Rəhmanla görüşdükdən sonra çıxış etmişdir. D.Medvedevin dediyinə görə, artıq Tacikistan tərəflə razılaşma əldə edilmişdir. Bu haqda sənəd 2012-ci ilin birinci kvartalında imzalanacaqdır. Hazırda D.Medvedev Düşənbədə rəsmi səfərdədir. O, səfəri çərçivəsində sentyabrın 3-də burada keçirilmiş Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində iştirak etmişdir.

Rusiya hərbi bazası 2005-ci ildə 201-ci motoatıcı diviziya əsasında yaradılmışdır. Həmin baza hələ 1993-cü ildə qarşılıqlı yardım haqda müqaviləyə uyğun olaraq, Tacikistan ərazisinə yeridilmişdir. Hazırda Rusiya hərbi bazaları Düşənbədə, Gülabda və Kurqan-Tubedə yerləşir. Bunun əvəzində Rusiya Tacikistana hərbi texnika verməkdə yardım edir. Rusiya bazalarının Tacikistanda yerləşdirilməsi 2004-cü ildə imzalanmış müqavilə əsasında gerçəkləşdirilmişdir. Müqavilənin müddəti 2014-cü ildə başa çatırdı. Ancaq tərəflərdən heç birinin maneçilik törtməyəcəyi təqdirdə, müqavilənin müddəti daha 5 il uzadılmalı idi.

Rusiya Müdafiə Nazirliyinin mənbəəsinin "RİA -Novosti"yə verdiyi məlumata görə, bunun əvəzində Rusiya Tacikistan ordusunu müasir texnika ilə silahlandıracaqdır.

Digər xəbərlər