PDF Oxu

Dünya

  • 1 079

Qəddafinin oğlu İsraildən yardım istəyib

Qəddafinin oğlu İsraildən yardım istəyib

"Yerusəlim Post" qəzetinin sentyabrın 5-də Qeliley və Neqevanın inkişafı üzrə nazir müavini Əyyub Karaya əsaslanaraq, yazdığına görə, Liviya lideri Müəmmər Qəddafinin oğlu sülh müqaviləsinin imzalanacağı təqdirdə, serjant Gilad Şalitin azadlığa buraxılmasına çalışacağını bildirmişdir. Əyyub Karanın dediyinə görə, o, Liviyada xalq həyəcanları başlamamışdan bir müddət əvvəl, M.Qədafinin oğlu Seyf əl-İslamla Avstriyada tanış olmuş və xahiş etmişdir ki, G.Şalitin azadlığa buraxılmasında dəstəkçi olsun. Ə.Kara M.Qəddafi ilə "HƏMAS" rəhbərliyinin əlaqələrinin olduğu haqda məlumatı olduğunu bildirirdi. O vaxt əl-İslam edəcəyi köməyin müqabilində Liviya məsələsində İsrailin NATO-ya və Avropa Birliyinə təsir göstərməsini xahiş etmişdir.

Ə.Kara bir ay əvvəl əl-İslamla əlaqə saxladığını və İsrail serjantına kömək etməyi xahiş etmiş, əvəzində, yəhudi hökumətinin NATO-ya müraciət edəcəyini bildirmişdi. Nazir müavinin dediyinə görə, təhlükəsizlik məsələləri ilə əlaqədar hakimiyyət dairələri onu Liviyaya buraxmamışlar.

Digər xəbərlər