"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranın şimal-qərb regionunda müstəqil dövlət yaratmaq istəyən hərbiləşdirilmiş kürd təşkilatı olan "Kürdüstan Azad Həyat Partiyası" (KAHP) Tehrandan xahiş etmişdir ki, atəşkəsə razılıq versin. "Biz İranla aramızda olan münaqişəni nizama salmaq üçün qarşı tərəflə danışıqlar aparmaq istəyirik" deyən KAHP nümayəndəsi Şirzad Kamanqar bildirmişdir.
Onun dediyinə görə, müharibənin davam etməsi fikir ayrılığını nəinki tənzimləyir, hətta daha da çətinləşdirir. Kürd liderləri İran tərəfin atəşkəsə razılıq verməyəcəyi təqdirdə, bütün məsuliyyətin Tehranın üzərinə düşəcəyi ilə hədələyirlər.
Kürdlərin atəşkəs haqda bəyanatları İran televiziyasının İraqla sərhədə kürdlərin 22 silahlısını məhv etdikləri haqda xəbər verdikdən sonra yayımlanmışdır. Əməliyyatlara rəhbərlik edən İran polkovniki Həmid Əhmədinin dediyinə görə, hücum inqilab əleyhdarları, üsyançılar və terrorçuların hamısının məhv ediləcəyinə qədər davam etdiriləcəkdir.
İran-İraq sərhədində kürdlərlə münasibətlərin gərginləşməsi iyul ayında başlanmışdır. Kürd terrorçularının İran ərazisinə bir neçə hücumundan sonra Tehran kürdlərin İraq ərazisindəki bazalarına qarşı genişmiqyaslı hücum əməliyyatı keçirmişdir. Avqustun ortalarında Tehranla eyni cəhbədə Türkiyə ordusu da İraqın şimalında kürd silahlılarına qarşı hərbi əməliyyat keçirmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...