PDF Oxu

Dünya

  • 1 010

Məhkəmə Jak Şirakın imkansızlığını nəzərə alıb

Məhkəmə Jak Şirakın imkansızlığını nəzərə alıb

"Avronyus" informasiya agentliyinin məlumatına görə, Paris məhkəməsi Fransının keçmiş prezidenti Jak Şirakın xəstəliyi ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyi haqda qərar qəbul etmişdir. Buna görə də, keçmiş prezidentin məhkəmə prosesinin qiyabi keçirilməsi qərara alınmışdır. Tibbi ekspertiza bu qərara gəlmişdir ki, J.Şirak anozoqnoziya xəstəliyinə, yəni yaddaşının itirilməsinə mübtəla olmuşdur. Keçmiş Fransa prezidenti keçmişi haqqında hər hansı bir suala cavab verə bilmir, hətta bəzən xəstə olduğunu da unudur. J.Şirakın qohumları istəklilərinin məhkəmədə iştirak etməməsini xahiş etmişdilər. J.Şirakın vəkili demişdir ki, onun müdafiə etdiyi şəxs, xəstə olmasına baxmayaraq, məhkəmə dinləmələrinin qiyabi surətdə icra olunmasını xahiş etmişdir.

78 yaşlı J.Şirak Paris meri olan vaxtlar partiyasını maliyyələşdirmək üçün əlavə vəsait əldə etmək məqsədilə işə "ölü canlar" cəlb edirdi. J.Şirak 1977-1995-ci illərdə Fransa paytaxtında şəhər rəisi vəzifəsini icra etmişdir. İstintaqın gəldiyi qənaətə görə, 1992-1995-ci illərdə bələdiyyə vəsaitlərinin sərf edildiyi üzə çıxmışdır. Günahının sübut olunacağı təqdirdə, J.Şirakı 10 ilədək azadlıqdan məhrum edilmək cəzası və 150 min avro məbləğində cərimə gözləyir.

Digər xəbərlər