PDF Oxu

Dünya

  • 947

ABŞ Liviya böhranında AFR-in fəaliyyətindən razıdır

ABŞ Liviya böhranında AFR-in fəaliyyətindən razıdır

"DW-WORLD" qəzetinin yazdığına görə, ABŞ prezidenti Barak Obama alman kansleri Angela Merkeli Liviyaya qarşı keçirilən hərbi əməliyyatlarda NATO-nun hərbi-hava qüvvələrinin keçirdiyi əməliyyatlarda iştirakında edilən tənqidlərdən müdafiə etmişdir. ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Keytlin Heydenin dediyinə görə, B.Obama Almaniyanın Liviya hərbi əməliyyatlarındakı rolundan razıdır. K.Heyden təsdiq etmişdir ki, Liviyada keçirilən hərbi əməliyyatlar alman hərbi qulluqçularının köməyi ilə yerinə yetirilmişdir. B.Obamanın dediyinə görə, NATO-nun keçirdiyi hərbi əməliyyalarda hər bir Şimali Atlantika Alyansı üzvləri öz gücünü göstərmişdir.

Almaniya kütləvi informasiya vasitələrinin məlumatına görə, Bundestaq hərbi qulluqçuları öz qərargahlarında mövqe tutaraq Liviya ərazisinə aviasiya zərbələri endirmişlər. Xatırladırıq ki, Almaniya mart ayında Bundesverin 300 hərbi qulluqçusunu Əfqanıstana göndərmişdir. Onlar "AWACS" kəşfiyyat təyyarələri ilə təmin olunaraq ABŞ və Böyük Britaniya pilotlarını əvəz etmişlər.

Digər xəbərlər