PDF Oxu

Dünya

  • 850

İsrail Türkiyə ilə hərbi münasibətlərin pozulması iddialarını rədd edib

İsrail Türkiyə ilə hərbi münasibətlərin pozulması iddialarını rədd edib

"Haaretz" qəzetinin yazdığına görə, İsrailin Müdafiə Nazirliyi Türkiyə ilə hərbi münasibətlərin tamamilə pozulması haqda məlumatları təkzib etmişdir. İsrailin Müdafiə Nazirliyinin nümayəndəsi Amos Giladın dediyinə görə, hazırda Türkiyə ilə hərbi əməkdaşlığın aradan qaldırılması haqda söhbət getmir. Onun dediyinə görə, İsrailin Ankaradakı hərbi attaşesi öz fəaliyyətini dayandırmamışdır. İsrailin Müdafiə Nazirliyi bu fikirdədir ki, Türkiyənin qəbul etmiş qərarından asılı olmayaraq, hazırda Yerusəlimlə Ankara arasında hərbi əməkdaşılığın davam etdirilməsi vacibdir.

Türkiyə hökuməti sentyabrın 2-də İsraildəki səfirini geri çağırmış və Yerusəlimdə yalnız diplomatik missiyasının birinci katibini saxlamışdır. Səbəb İsrail tərəfinin 2010-cu ilin may ayının axırlarında azadlıq donanmasında baş vermiş insident olmuşdur. Həmin vaxt "Mavi Mərmərə" gəmisində 9 nəfər Türkiyə vətəndaşı həlak olmuşdu.

Digər xəbərlər