PDF Oxu

Dünya

  • 938

Pakistanda “Əl-Qaidə” qruplaşmasının “xarici işlər naziri” həbs edilib

Pakistanda “Əl-Qaidə” qruplaşmasının “xarici işlər naziri” həbs edilib

Pakistanda "Əl-Qaidə" qruplaşmasının "xarici işlər naziri" hesab edilən Yunis Əl-Mavritani ad-soyadlı şəxs həbs olunmuşdur. "Əl-Qaidə" silahlılarının beynəlxalq əlaqələrinə cavabdeh olan bu şəxs ABŞ-da, Avropada və Avstraliyada terror aktlarının hazırlanmasında iştirak etmişdir. Xarici KİV-lərin verdiyi məlumata görə, Əl-Mavritani Amerikanın neft kəmərlərində və su-elektrik stansiyalarında təxribatlar həyata keçirilməsini planlaşdırırmış. Terrorçuların lideri Belucistan əyalətində gizlənirdi. Onunla bərabər "Əl-Qaidənin" daha iki nəfər yüksək vəzifəli nümayəndəsi tutulmuşdur. Pakistan kəşfiyyatı bu əməliyyatı ABŞ-dan olan həmkarları ilə birgə keçirmişdir.

Digər xəbərlər