PDF Oxu

Dünya

  • 1 579

Yaroslavlda “Sosial müxtəliflik dövründə müasir dövlət” mövzusunda beynəlxalq siyasi forum keçiriləcək

Yaroslavlda “Sosial müxtəliflik dövründə müasir dövlət” mövzusunda beynəlxalq siyasi forum keçiriləcək

Sentyabrın 7-8-də keçiriləcək beynəlxalq siyasi forum "Sosial müxtəliflik dövründə müasir dövlət" mövzusuna həsr edilmişdir. Ənənəyə görə, bu tədbir Rusiyanın Yaroslavl şəhərində Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin rəhbərliyi altında keçirilir.

Müasir demokratik dövlətlərin inkişafına dair əsas məsələlərin müzakirə ediləcəyi forumun işində Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev, Türkiyə Prezidenti Abdullah Gül, İspaniya Hökumətinin sədri Xose Luis Rodriges Sapatero, Fransa Respublikasının Baş naziri Fransua Fiyon, Koreya Respublikasının Prezidenti Li Men Bak, İtaliya Respublikası Hökumətinin sədri Silvio Berluskoni, Yaponiya Baş nazirinin xüsusi nümayəndəsi Yukio Hatoyama, 40-a yaxın ölkəni təmsil edən görkəmli ictimai və dövlət xadimləri, biznes nümayəndələri, alimlər və ekspertlər, jurnalistlər iştirak edəcəklər. Yaroslavl forumunun iştirakçılarının fikrincə, bu tədbir açıq və nüfuzlu diskussiya məkanına, dünya birliyinin siyasi və intellektual həyatında mühüm hadisəyə çevrilməkdədir.

2011-ci ildə Yaroslavl forumunun əsas mövzusu sosial müxtəliflik dövründə müasir demokratik dövlətlərin səmərəli fəaliyyəti məsələsi olacaqdır. Yaroslavlda aparılan diskussiyaların iştirakçıları bu və ya digər problemləri anlamağa və onların həlli yollarını birlikdə müəyyən etməyə çalışacaqlar.

Digər xəbərlər