PDF Oxu

Dünya

  • 2 754

Azərbaycan Dövlət Musiqili Komediya teatrı mövsümü “Ər və arvad”la açacaq

Azərbaycan Dövlət Musiqili Komediya teatrı mövsümü “Ər və arvad”la açacaq

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, teatr 102-ci mövsümü Üzeyir Hacıbəylinin "Ər və arvad" tamaşası ilə açacaq.Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijor Nazim Hacıəlibəyov, rəssam Eldar Qurbanov, baletmeysterlər Zakir və Leyla Akayevlər, Xormeyster Vaqif Məstanovdur.

Rollarda xalq artistləri: Afaq Bəşirqızı, Fatma Mahmudova, İlham Əhmədov, əməkdar artist: Əkbər Əlizadə, aktyorlar: Gülcahan Salamova, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Hüseyn Əlili çıxış edəcəklər.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 2011-ci il sentyabr ayı üçün repertuarına "Kələkbazlar", "Amerikalı kürəkən", "Qırmızı papaq" (rus dilində) daxil edib. Qeyd edim ki, tamaşalar Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçliyinin Mədəniyyət evində göstəriləcək.

Digər xəbərlər