"Fərqanə" informasiya agentliyinin məlumatına görə, Qırğızıstan MSK-sı ötən həftənin axırlarında prezident seçkilərinə namizədlərin imza vərəqələrinin qəbulunu başa çatdırmışdır. MSK-ya daxil olan imza vərəqələrini 37 namizəd doldurmağa müvəffəq olmuşdur. Namizədlərdən dörd nəfəri dövlət dilindən verilən imtahandan kəsilmişlər. Prezident seçkilərində 33 nəfər iştirak edəcəkdir. Namizədlərin sırasında 50-yədək adam olmuşdur. Agentlik "El Jurt" partiyasının lideri Kubanıçbek Apası da seçkilərə buraxmayacaqdır. Çünki o, 30 mindən az imza toplamışdır.
MSK prezident seçkilərində iştirak edəcək namizədlərin 100 min som (2,2 min dollar) ödəməyə borclu olduqlarını bildirmişdir. Zəmanət vaxtının son günü 24 sentyabr olacaqdır.
Qırğızıstanda prezident seçkiləri oktyabrın 30-na təyin edilmişdir. Əvvəlki prezidenti Kurmanbek Bakiyev 2010-cu ilin aprelində baş vermiş üsyan nəticəsində hakimiyyətdən uzaqlaşdırılmışdır. Dövlət çevrilişindən sonra ölkənin müvəqqəti prezident postunu Roza Otunbayeva tutmuşdur.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...