PDF Oxu

Dünya

  • 1 066

İran Avropa Birliyini nüvə proqramı üzrə danışıqlara dəvət edib

İran Avropa Birliyini nüvə proqramı üzrə danışıqlara dəvət edib

"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, İranın nüvə proqramı üzrə danışıq aparan nümayəndə heyətinin başçısı Səid Cəlali Avropa Birliyi xarici və siyasi təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştona belə bir təklif ünvanlamışdır ki, İranın nüvə proqramı üzrə yeni danışıqlara başlasın.

2010-cu ilin oktyabrında Avropa Birliyi İranın nüvə proqramı üzrə danışıqları bərpa etməyə cəhd etmişdir. Ancaq 2011-ci ilin yanvarında danışıqlar yarımçıq qalmışdır. Buna səbəb Tehranın uranın ölkə daxilində zənginləşdirilməsi sahəsində Avropa Birliyinin tələbini rədd etməsi olmuşdur. S.Cəlali əmin olduğunu bildirmişdir ki, Tehran bu dəfə Brüssellə ikitərəfli danışıqlara nail olacaqdır. K.Eşton, öz növbəsində, Tehranın bu təşəbbüsünə yaxın vaxtlarda nəzər yetirəcəyini bildirmişdir.

Sentyabrın 5-də İranın MAQATE üzrə nümayəndəsi Əli Əsgər Soltaniyə təmsilçisi olduğu ölkənin nüvə proqramı sahəsində MAQATE müfəttişlərinin bütün suallarına cavab verməyə hazır olduğunu bildirmişdir. O, bunun müqabilində beynəlxalq sanksiyaların İran üzərindən götürülməsini tələb etmişdir. "Frans-Press"in məlumatına görə, Avropa Birliyi İran tərəfin təklifini rədd etmişdir.

Digər xəbərlər