PDF Oxu

Dünya

  • 1 271

Liviyanın yeni hökuməti 10 gün ərzində formalaşdırılacaq

Liviyanın yeni hökuməti 10 gün ərzində formalaşdırılacaq

"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Liviyanın yeni hökuməti 7-10 gün müddətində formalaşdırılacaqdır. Bu cür bəyanatla jurnalistlər önündə keçirdiyi mətbuat konfransında üsyançıların lideri Mahmud Cibril çıxış etmişdir. Yerli hökumətin tərkibinə ölkənin bütün regionlarının nümayəndələri daxil ediləcəkdir. M.Cibrilin dediyinə görə, yalnız Liviyanın tam azadlığa çıxacağından sonra işlək hökumət orqanları yaradılacaqdır. "Röyters"in məlumatına görə, M.Cibril sentyabrın 10-da Liviyanın qərbində yerləşən ərazidə neft istehsalı bərpa edilsə də, vətəndaş müharibəsi onu yarımçıq qoymuşdur.

Hazırda ölkədə faktiki rəhbərlik Liviya Milli Keçid Şurasının əlindədir. Üsyançıların bu icraedici orqanı Benqazidə Müəmmər Qəddafi rejimi əleyhinə çıxışlar başlandıqdan sonra yaradılmışdır. Milli Keçid Şurasının rəhbəri Liviyanın keçmiş ədliyyə naziri Mustafa Abdel Cəlildir. M.Cibril isə baş nazir postunu tutur.

"Assoşieyted Press"in məlumatına görə, üsyançıların Liviya üzərində tam nəzarət etmələrinə M.Qəddafi tərafdarlarının Bani-Valid, Sirt və Sabha şəhərlərini uğurla müdafiə etmələri mane olur. Bu şəhərlərin qəbilə üzrə liderləri üsyançılara tabe olmaqdan imtina edirlər.

Digər xəbərlər