"Bloomberq" informasiya agentliyinin yaydığı məlumata görə, Norveçin bələdiyyə seçkilərində iki mərkəzçi partiya - Norveç Fəhlə Partiyası (NFP) və Mühafizəkarlar Partiyası (MP) əksər səs çoxluğu qazanmışdır. Seçkinin ilkin nəticələrinə görə, sol mərkəzçi NFP 32,1, sağ mərkəzçi MP isə 27,6 faiz seçici səsi qazanmışdır. 2007-ci il seçkiləri ilə müqayisədə iqtidar koalisiyasına başçılıq edən NFP öz vəziyyətini 2,5, MP isə 8,3 faiz həddində yaxşılaşdırmışdır.
Norveç parlamentində təmsilçilərinin sayına görə ikinci yerdə gedən sağ Tərəqqi Partiyası cəmi 11,2 faiz səs toplayaraq, öz mövqeyini itirmişdir. Bu partiya 2007-ci ildə 17,5 faiz səs qazanmışdı. "Frans Press" agentliyi ilk dəfə olaraq mühafizəkarların uğur qazanmalarını Tərəqqi Partiyasının uğursuz nəticələri ilə əlaqələndirmişdir. Bu partiyanın lideri Siv Yensen seçkilərdə uğursuz nəticə əldə etmələrini 2007-ci ildə partiyanın gənclər qanadına daxil olmuş Anders Breyvik fiquru ilə əlaqələndirmişdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...