"Assoşieyted Press" informasiya agentliyinin İraq məmurlarına əsaslanaraq, yaydığı məlumata görə, İraqın qərb hissəsinin ucqar bölgələrinin birində 22 şiə ziyarətçisinin cəsədi aşkar edilmişdir. Məmurların dediklərinə görə, ziyarətçilərin hamısı güllələnmişdir. Ziyarətçilər İraqın cənubunda yerləşən müqəddəs şiə şəhəri hesab edilən Kərbaladan keçib Suriyaya getmək istəyirmişlər. Belə ehtimal edilir ki, avtobusu saxlayan naməlum şəxslər onları yerə düşürüb qətlə yetirmişlər.
Cəsədlər Bağdad və İordaniya sərhədi arasında olan Anbar əyaləti yaxınlığındakı yolun bir neçə kilometrliyində aşkar edilmişdir. Öldürülənlərin hamısı kişilər olmuşdur. İraqın Daxili İşlər Nazirliyindəki mənbəyə əsaslanan "Röyters" agentliyi 20 ziyarətçinin öldürüldüyünü bildirir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...