PDF Oxu

Dünya

  • 901

Obama böhranla mübarizədə öz səhvlərini etiraf edib

Obama böhranla mübarizədə öz səhvlərini etiraf edib

"DPA" alman informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama prezident postuna seçildikdən sonra iqtisadi böhranla mübarizədə səhv buraxdığını etiraf etmişdir. ABŞ prezidenti vəzifəni tutduqdan dərhal sonra indi bildiyindən az iqtisadi məlumatı olduğunu bildirmiş və bu səbəbdən də səhvlərinin kifayət qədər çox olduğunu vurğulamışdır. B.Obama məhz bu səbəbdən ABŞ-ın böhrana yaxınlaşdığını xüsusi qeyd etmişdir.

ABŞ-ın iqtisadi qüdrətinin zəifləməsi respublikaçıların 2012-ci il prezident seçkilərindən əvvəl B.Obamanın iqtisadiyyat sahəsindəki qərarlarını tənqid etmələri ilə nəticələndi. Respublikaçılar ABŞ prezidentinin yanlış iqtisadi kursunun prezidentliyinin üç ili ərzində ölkədə işsizlərin sayının 9,1 faizədək qalxmaqda ittiham edirlər. Demokratlarla respublikaçılar arasında konfliktin güclənməsi texniki defoltla nəticələnən dövlət borcu tavanının müzakirəsi zamanı daha qabarıq tərzdə üzə çıxmışdır. "Əlbəttə, biz ciddi səhvlərə yol vermişik. Əgər bu cür iqtisadi böhranla üzləşirsənsə, çətin ki, işlər ideal tərzdə getsin" deyə ABŞ prezidenti bildirmişdir. B.Obamanın dediyinə görə, 2008-ci ildə respublikaçıların hakimiyyətə gələcəkləri təqdirdə, ölkə bundan da pis iqtisadi tənəzzüllə üzləşəcəkdi. B.Obama xüsusi qeyd etmişdir ki, onun prezident postunu tutduğu ilk illərdə ölkədə vəziyyət çox ağır idi. ABŞ prezidenti ölkədə iqtisadiyyatın ağır olduğu bir vaxtda xoşbəxt əhalinin seçkilərdə namizədəni xüsusi həvəslə dəstəkləməsi bizə uğur gətirərdi. ABŞ prezidenti ölkədə işsizliyin yüksək həddə çatdığı, iqtisadiyyatın isə süqut mərhələsində olduğu bir vaxtda dövlət başçısının reytinqinin yüksəlmək ehtimalının sıfıra bərabər olduğunu bildirmişdir.

Digər xəbərlər